Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-də istismar müddəti başa çatmış iki ədəd istilik təchizatı obyektinin yenidənqurma işlərinə başlanılıb.
04 АВГУСТА 2026

Layihə çərçivəsində Xətai rayonu Yeni Əhmədli qəsəbəsində 2935 "A" məhəlləsində 1 saylı istilik məntəqəsinin və  Gəncə prospekti 35 ünvanında yüksəldici nasos  stansiyasının yenidən qurularaq müasir qazanxanaya  çevrilməsi nəzərdə tutulur və layihənin icrası 25 yaşayış binası və 3 uşaq  bağçasının  ən  yüksək  səviyyədə istiliklə təmin edilməsinə imkan  verəcəkdir. Yenidənqurma işləri istilik mövsümünə qədər başa çatdırılacaqdır. Bununla əlaqədar cəmiyyətin mühəndis  texniki heyəti və layihənin icrasını həyata keçirəcək satınalma müsabiqəsinin  qalibi olan tikinti şirkətinin nümayəndələri  ilə birlikdə əraziyə baxış keçirilib, iş həcmi və işlərin icra qrafiki bir  daha dəqiqləşdirilmiş, nəzərdə tutulan  işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq  tapşırıqlar  verilmişdir.