Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Yevlax şəhərində Yevlax, Bərdə və Ağdaş rayonlarının sakinlərinin problemləri dinlənilib
30 OKTYABR 2023

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin oktyabr ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Yevlax şəhərində Yevlax, Bərdə və Ağdaş sakinlərini qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Yevlax şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Bəzi müraciətlərlə əlaqədar ərazilərə baxış keçirilib, vərəndaşlara müvafiq  izahatlar verilib. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.