Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Vətən müharibəsi şəhidlərinin anım günündə müharibə veteranı olan əməkdaşlarla görüş keçirilib
28 SENTYABR 2022

Vətən müharibəsi şəhidlərimizin anım günündə “Azəristiliktəchizat” ASC-də çalışan Birinci və İkinci Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib. Görüş şəhidlərimizin müqəddəs xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşmüş qurum əməkdaşları ilə baş tutan bu görüşün xüsusi əhəmiyyətinə toxunulub, müharibə veteranlarının daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunması qeyd edilib.

Daha sonra həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi iştirakçıları müharibədə yaddaqalan xatirələrindən danışıblar.