Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı müzakirə olunub
04 OKTYABR 2023

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirlərinə dair görüş keçirilib.

BŞTİ-nin təşəbbüsü ilə keçirilən görüşdə İdarə müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev, “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktorunun müavini Rəşad Cavadov, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Görüşdə təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq vəziyyəti, aidiyyəti qurumlarla birgə həyata keçirilməsi vacib olan məsələlərə həsr olunmuş təqdimat nümayiş olunub.

Görüşdə çıxış edənlər təhsil müəssisələrinin istilik, qaz və su ilə təminatı baxımından öncəki illərdə toplanmış təcrübə, qarşılıqlı əməkdaşlıq və yeni yanaşmalar sayəsində nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Çıxışçılar görüşün birgə əməkdaşlıq işinə təkan verəcəyinə əminliklərini ifadə edib, təmsil etdikləri qurumların fəaliyyətindən asılı olan məsələlərin həllində hər cür dəstək verməyə hazır olduqlarını söyləyiblər.