Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Səyyar görüşdə sakinlərin müraciətləri dinlənildi
05 SENTYABR 2023

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Yeni Günəşli qəsəbəsi, “V” massivi 14, 14 “A”, 16 nömrəli binaların sakinlərinin 2023-2024-cü illər payız-qış mövsümünə hazırlığın gedişi ilə bağlı müraciətləri ilə əlaqədar ərazidə sakinlərlə görüşüb.

Cəmiyyətin rəhbəri ilk növbədə “Azəristiliktəchizat” ASC-də həyata keçirilən islahatlar və görülən işlər haqqında məlumat verib.

Bina sakinləri istilik  təchizatı ilə bağlı əvvəlki illərdə mövcud olan problemlər, xüsusilə binaların aşağı paylama sistemlərinin istismar müddətinin başa çatması, bəzi yerlərdə istilik xətlərinin izolyasiya örtüyünün sıradan çıxması və digər məsələlərlə bağlı fikirlərini söyləyiblər.

Görüşdə istilik  itkilərinin minimuma endirilməsi üçün binadaxili və mənzildaxili istilik sistemlərinə mütamədi olaraq xidmət göstərilməsi, istilik cihazlarının təmizlənməsi və qeyri qanuni birləşmələrə yol verilməməsi, habelə istilik təchizatının keyfiyyət parametrlərinə təsir göstərən digər məsələlər barədə ətraflı müzakirələr aparılıb. Bununla bərabər istilik haqlarının vaxtında ödənilməsinin zəruriliyi də sakinlərin diqqətinə çatdırılıb.

 “Azəristiliktəchizat” ASC-nin çox sayda rəsmisinin iştirak etdiyi görüşdə şikayət və müraciətlərin qeydiyyatı aparılıb, görüləcək işlərlə bağlı qurum rəhbərliyi tərəfindən yerindəcə göstəriş verilib və ilkin olaraq qaldırılan sualların araşdırılması və zəruri tədbirlərin görülməsi üçün  işçi komissiyanın yaradılması qərara alınıb.