Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Səmərəli əməkdaşlığa görə AzMİU-nun tərəfdaş qurumları mükafatlandırılıb
19 DEKABR 2025
Dekabrın 18-də Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.
Rəsmi tədbirdə çıxış edən rektor, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.
Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə universitet rəhbərliyi tərəfindən təltif olunub.