



Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin oktyabr ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Samux rayonunda Samux, Gəncə və Kəlbəcər sakinlərini qəbul edib.
Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Samux rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Samux rayonunda istilik enerjisi təchizatı sahəsində 2025-2026-cı illər payız-qış mövsümünə dair aparılan hazırlıq işləri yaxından tanış olub.








