30-a yaxın nüfuzlu dövlət və özəl telekanalların, radio, qəzet, sayt və xəbər agentliklərinin iştirak etdiyi mətbuat konfransında 2022-2023-cü illər istilik mövsümünün başa çatması, mövsüm ərzində görülən işlər, Cəmiyyətin fəaliyyətində yeniliklər və aparılan islahatlar, həmçinin Cəmiyyətin qarşısında duran vəzifələr barədə media nümayəndələri ətraflı məlumatlandırıldı. “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev kütləvi informasiya vasitələrinin əməkdaşlarının bütün suallarını ətraflı cavablandırdı.
Mətbuat konfransı zamanı “Azəristiliktəchizat” ASC-nin təkmilləşdirilən rəsmi internet səhifəsi və yeni hazırlanan loqosunun da təqdimatı keçirildi.
Məlumat üçün bildirək ki, Cəmiyyətin struktururuna daxil olan paytaxt ərazisində 21 İstilik Sistemlərinin İstismar Sahələri, digər şəhər və rayonlarda 46 İstismar Sahələri tərəfindən başa çatan 2022-2023-cü illər istilik mövsümündə 562 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin edilmişdir.