Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mənzildaxili qızdırıcı qurğuların quraşdırılmasına dair TƏLİMAT
07 DEKABR 2022

“Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binalarına ötürülən istilik enerjisi ilk olaraq binaların zirzəmisində yerləşən aşağı paylama istilik xətlərinə verilir ki, daha sonra buradan dik dayaqlar vasitəsi ilə mənzillərdəki qızdırıcı qurğulara paylanılır.

Dik dayaqlar bir qayda olaraq mənzillərin daxilindən şaquli şəkildə keçir və bir otaqdan keçən hər bir dik dayağa maksmimum 2 ədəd qızdırıcı cihazın birləşdirilməsi nəzərdə tutulur. Dik dayaqlar vasitəsilə qızdırıcı cihazlara nəql olunan istilikdaşıyıcı (su) eyni miqdarda geri qayıtmalıdır.
Binadaxili və mənzildaxili sxemlər düzgün quraşdırılmadığı təqdirdə mənzillərdəki qızdırıcı qurğuların istilikdaşıyıcını (qızdırılmış suyu) qəbul etməsi çətinləşir ki, bu da öz növbəsində mənzillərdə optimal temperaturun yaranmasının qarşısını alır.

Keyfiyyətli istilik təchizatının təmin olunması üçün mənzildaxili istilik cihazlarının mərkəzi istilik sxeminə qoşulmasına bir sıra tələblər qoyulur:

1) Mənzil daxilindən keçən hər bir dik dayağa maksimum 2 ədəd qızdırıcı qurğunun layihə üzrə nəzərdə tutulmuş yerdə quraşdırılması vacibdir.

2) Dikdayaqdan qızdırıcıya daxil olan giriş xətti ilə həmin qızdırıcıdan çıxaraq yenidən dik dayağa birləşən çıxış xətti arasında mütləq qaydada baypas xətti olmalıdır. Bu baypas xətti vasitəsilə nəql olunan istilikdaşıyıcı maneəsiz şəkildə dik dayaqla nəql olmağa davam etməlidir. Belə ki, bu baypas xəttində əlavə ventil və ya hər hansısa digər fittinqin quraşdırılması qəti qadağandır. (Şəkil - a)

Həmçinin, qızdırıcı qurğularda yarana biləcək nasazlığın qarşısını operativ şəkildə ala bilmək üçün və ya qızdırıcı cihaza daxil olan istilikdaşıyıcısının sərfinin tənzimlənməsi üçün yarımdövr ventillərdən istifadə olunmalıdır. (Şəkil - b)

3) Otaqlarda quraşdırılan qızdırıcı cihazların ölçüsü və ya cihazın seksiyalarının (bölmələrinin) sayı otağın sahəsinə müvafiq olaraq seçilməldir. Təcrübədə hər 15 kvadrat metr otaq sahəsi üçün 10 ədəd seksiya tipli və ya uzunluğu 80 sm olan panel tipli radiator qurğusunun quraşdırılması nəzərdə tutulur.