MƏLUMAT
21 FEVRAL 2025
“Azərenerji" ASC-nin Bakı İstilik Elektrik Mərkəzində yaranmış qısa müddətli nasazlıq səbəbindən, “Azəristiliktəchizat” ASC tərəfindən Əhmədli qəsəbəsində yerləşən yaşayış binalarının bir hissəsini istiliklə təmin edən xətlərdə istiliyin temperaturu normadan aşağı düşmüşdür. "Azərenerji" ASC-nin mütəxəssisləri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yaranmış nasazlıq aradan qaldırılmış, hazırda temperaturun tələb olunan səviyyəyə çatdırılması üçün tənzimləmə işləri görülməkdədir. Yaranmış narahatçılığa görə istehlakçılardan üzr istəyirik.
Digər