Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mədəniyyət paytaxtının istilik qazanxanaları mövsümə tam hazırdır
24 OKTYABR 2023

 

“Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2023-2024-cü il payız-qış mövsümünə hazırlıq işləri intensiv olaraq davam etdirilir. Şuşa şəhərində Cəmiyyətə məxsus gücü 8110 kVt/saat olan 7 qazanxana tam hazır vəziyyətə gətirilib.

Bütün qazanxana və istilik şəbəkəsi avadanlıqları, istilik xətləri, nəzarət ölçü cihazları və avtomatika, həmçinin elektrik avadanlıqları və istilik mübadilə aparatları kompleks yoxlanılmış, zəruri təmir bərpa işləri görülərək son sınaq sazlama  işləri aparılmışdır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında istilik mövsümünün 1 noyabr tarixindən, digər ərazilərdə 15 noyabr tarixindən başlanması nəzərdə tutulub.  Şuşa şəhəri dağ rayonları siyahısına daxil olduğundan burada da istilik mövsümünün 01 noyabr tarixindən başlanması və  mövsüm ərzində ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməsi nəzərdə tutulur.