Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzininə inteqrasiya ediləcək
22 FEVRAL 2022

Kommunal xidmətlərlə bağlı Vahid Çağrı Mərkəzinin faəliyyətinin təşkili tədbirləri çərçivəsində "Azəristiliktəchizat" ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında görüş keçirilib. "Azəristiliktəchizat" ASC-nin rəhbər heyəti,  Energetika nazirinin müşaviri Vüsal Rəcəbli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əmək münasibətlərinin monitorinqi Mərkəzinin şöbə müdiri-sədrin müşavir Adil Qasımovun  iştirakı ilə keçirilən görüşdə Vahid Çağrı Mərkəzinin  yaradılması istiqamətində görülən işlər və birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin formalaşdırılmasına dair Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hazırlanan konsepsiya barədə məlumat verilmiş və bildirilmişdir ki, Çağrı Mərkəzinin formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mövcud təcrübəsi əsasında təklif olunmuşdur. Diqqətə çatdırılıb ki, Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, şirkətin resurslarından daha səmərəli istifadə, müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir. Çağrı Mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt vasitəsi ilə cavablandırılması kimi xidmətlər daxildir. Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi imkanları da mövcuddur.

"Azəristiliktəchizat" ASC-nin Kommunal Xidmətlər ilə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiyası istilik təchizatı  sahəsində analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 27 fevral tarixli 185 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 9.4-cü bəndi əsasında Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılması tapşırığı verilmişdir.