Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Köhnə tipli qazanxanaların mərhələli şəkildə modernləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir
29 AVQUST 2025

Uzun müddət fəaliyyət göstərən və istismarı qeyri-səmərəli olan köhnə tipli qazanxanaların mərhələli şəkildə modernləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir.

2024-cü ildə ilkin mərhələdə yarasız vəziyyətdə olan 4 ədəd qazanxana tamamilə sökülərək  müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilmiş, zirzəmidə yerləşən 1 ədəd qazanxana zirzəmidən çıxarılaraq yenidən qurulmuşdur.  

Hazırda daha 7 ədəd köhnə tipli qazanxananın, o cümlədən  Nərimanov rayonu A.Nemətulla küçəsi 63 ünvanda 92 saylı, A.Heydərov küçəsi 24 ünvanda 86 saylı, Nizami rayonu T.Abbasov küçəsi 65 ünvanda 515 saylı, Babək prospekti 99 ünvanda 539 saylı, Yasamal rayonu N.Nərimanov prospekti 55 ünvanda 140 saylı, Pirallahı rayonu 40-cı məhəllə ünvanında 533 saylı və Səabil rayonu Badamdar qəsəbəsi Gənclər küçəsi 3 ünvanında 504 saylı qazanxanaların yenidən qurulması və modernizasiyası işlərinə başlanılmışdır. Layihə çərçivəsində bu  qazanxanaların tam olaraq sökülməsi, layihəyə uyğun olaraq yeni binaların tikilməsi və ən müasir avadanlıqlar quraşdırılmaqla modernləşdiriməsi işləri icra ediləcəkdir. Yeni qazanxanaların 15 noyabr istilik mövsümünə istismara verilməsi nəzərdə tutulur.

Modernləşdirilən qazanxanaların quraşdırılan  ümumi gücü 20,6 MVt (17,75 Qkal.saaat) təşkil edir və 53 yaşayış binası, 4 məktəb, 5 uşaq bağçası, 2 səhiyyə obyekti və 24 digər istehlakçıların yüksək keyfiyyətdə istiliklə təmin edilməsinə imkan verəcəkdir.