Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İstilik və isti su sayğacları ilə bağlı yeni laboratoriya yaradılacaq
03 OKTYABR 2023

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, "Azəristiliktəchizat" ASC və "Azərsu" ASC-nin  aidiyyəti qurumlarının nümayəndələri "Azərsu" ASC-nin  nəzarət ölçü cihazlarının sınaq laboratoriyasında olublar. Xidmət rəhbəri laboratoriyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verdikdən sonra “Azəristiliktəchizat” ASC sədrinin vəifələrini müvəqqəti icra edən İlham Mirzəliyev, “Azərsu” ASC sədrinin müavini İlqar Tağıyev və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov  istilik və isti su sayğaclarının dövlət yoxlamasından keçirilməsi və kalibrlənməsi üçün yeni  yaradılacaq laboratoriya ilə bağlı  müzakirə aparmışlar.