Azərbaycanda istilik təchizatı sahəsində beynəlxalq təcrübə öyrənilməklə islahatların sürətləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində “EU4Energy” proqramının texniki yardımı ilə Avstriyanın və Avropa Birliyinin istilik təchizatı sahəsində təcrübəsinin və istifadə edilən biznes modellərinin öyrənilməsi üzrə seminar iclas keçirilib.
"Wien Energy" şirkətinin korporativ İnkişaf üzrə rəhbəri Dr Fabian Kesicki şirkətin fəaliyyəti, əməliyyat və biznes modeli, istilik enerjisinin istehsalı, paylanması və satışı barədə ətraflı məlumat verib.
Avstriya Enerji Tənzimləmə Agentliyinin (E-Control) alternativ enerji və enerji səmərəliliyi şöbəsinin rəhbəri Dr. Harald Proidl isə Avropa Birliyində mərkəzi istilik sisteminin inkişaf tarixi, tənzimlənmə çərçivəsi, infrastrukturu, əhatə dairəsi, enerji səmərəliliyi, istilik təchizatı sahəsində alternativ və bərpa olunan enerji resurslarından istifadə imkanları barədə geniş təqdimatla çıxış edib.
Müzakirələr "Azəristiliktəchizat" ASC-nin mütəxəssislərinin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşmışdır.