Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İstilik mövsümünün başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilmişdir
19 APREL 2022

2021-2022-ci illər istilik mövsümünün başa çatması ilə əlaqədar "Azəristiliktəchizat" ASC-də mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında mövsümün yekunlarına dair ətraflı məlumat verilmiş, kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılmışdır.

Qeyd edilmişdir ki, bu ilki mövsümdə "Azəristiliktəchizat" ASC-nin istilik təsərrüfatlarında 563 qazanxana istismar olunmaqla 3879 yaşayış binası, 184,0 min mənzil, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə obyekti və 2052 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilmişdir.

Cəmiyyətin öz imkanları hesabına Bakı şəhəri və respublikanın regionlarında üç köhnə tipli qazanxana modernləşdirilmiş, səkkiz modul tipli qazanxana quraşdırılmışdır.

Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 8 may tarixli 2642 nömrəli "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla ilkin mərhələdə 7 qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınmışdır.

Cəmiyyət qarşısında duran vəzifələr ətraflı şərh edilmiş, mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərə dair təqdimat keçirilmişdir.