Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Daha bir gənc yüksək vəzifəyə təyin edilib
17 OKTYABR 2023

“Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin yaxşılaşdırılması və səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində struktur və kadr islahatları davam etdirilməkdədir. Daha bir gənc – Elçin Rəcəbov məsul vəzifəyə, 9 saylı İstilik Sistemləri İstismar Sahəsinə rəis təyin edilib. 9 saylı İstilik Sistemləri İstismar Sahəsi Suraxanı rayonu ərazisində yerləşir, Yeni Günəşli qəsəbəsində  153 yaşayış binası , 8882 mənzil, 4 məktəb, 8 uşaq bağçası,  29 digər təsərrüfat obyektlərinə xidmət göstərir. Yeni təyinatla bağlı “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Elçin Rəcəbov qəbul edib, qarşıda duran vəzifələr, istilik təchizatı xidmətlərinin yüksək səviyyədə təşkili, vətəndaş müraciətlərinə həssas münasibət və sahənin fəaliyyəti ilə bağlı digər məsələlərə dair müzakirələr aparılıb. Elçin Rəcəbov yüksək vəzifəyə təyinat üçün minnatdarlıq edib, ona göstərilən etimadı doğrultmağa çalışacağını bildirib.