Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminarlar davam etdirilir
13 IYUN 2023

Avropa Birliyi Enerji Üçün (EU4Energy) proqramının icraçı təşkilatı Avropa Enerji Tənzimləyiciləri Şurasının  (CEER) texniki dəstəyi ilə "Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin optimallaşdırılması və gücləndirilməsi məqsədi ilə aparılan islahatların dəstəklənməsi və beynəlxalq təcrübənin öyrənilməsi tədbirləri çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən seminarlar davam edir.

Növbəti seminarda istilik təchizatı sahəsində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi, müəssisələrin fəaliyyətinin təhlili, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanması, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsində tənzimləyicinin rolu, istilik təchizatı sahəsində tarif mexanizminin müəyyənləşdirilməsi və tariflərin formalaşdırlması, digər aktual məsələlərə  dair təqdimatlar dinlənilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri də iştirak etmişdir.