Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən seminarlara yekun vurulub
21 IYUN 2023

“Azəristiliktəchizat” ASC-də Macarıstan və bir sıra Avropa ölkələrində istilik energetikası üzrə çoxillik təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən seminarlara yekun vurulub.

Avropa Birliyi Enerji Üçün (EU4Energy) proqramının icraçı təşkilatı Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) texniki dəstəyi ilə təşkil olunan seminarlarda istilik təchizatı sahəsində mövcud imkanların müzakirəsi, yeni yanaşmalar və milli strategiyanın yaradılması prioritet mövzular olub.

Seminarlarda Cəmiyyətin rəhbər işçi və əməkdaşları ilə  yanaşı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri də iştirak etmişdir.

Seminarlarda dəyirmi masa arxasında müzakirlər aparılmış, həmçinin iştirakçılar Bakı şəhərində növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində qazanxanalarda görülən işlərlə də yaxından tanış olmaq imkanı əldə etmişlər. Sumqayıt şəhəri və Pirallahı rayonunda keçirilən görüşlərdə  beynəlxalq ekspertlərə icra edilən layihələr, aparılan  abadlıq və quruculuq tədbirləri barədə ətraflı məlumat verilib.  

Beynəlxalq ekspertlər Eszter Süle, Vaszilij László Barnisco və Harald Proidl "Mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin güclü və zəif cəhətləri", "Avropa ölkələrində mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin tənzimlənməsinin xarakterik xüsusiyyətləri", "İstilik təchizatı haqqında Qanun", "Macarıstanda mərkəzləşdirilmiş istilik təchizatı strategiyası", "İstilik təchizatı sahəsində tariflər və qiymətlər" və digər aktual məsələlər barədə geniş təqdimatla çıxış ediblər. Beynəlxalq ekspertlər istilik təchizatı sahəsində həyata keçirilən islahat tədbirlərini  yüksək qiymətləndirmiş və bu islahatların ölkənin istilik təchizatı sisteminə daxil olan bütün həlqələr üzrə davam etdirilməsinin   vacibliyini qeyd etmişlər.

Seminarın keçirilməsində əsas məqsəd "Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin optimallaşdırılması və gücləndirilməsinə dair aparılan islahatlara töhfə vermək olmuşdur və bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, seminar iştirakçıları "Azəristiliktəchizat" ASC tərəfindən sertifikatla təltif olunacaqlar.