Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AzTU ilə “Azəristiliktəchizat” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb
19 MART 2022

AzTU ilə “Azəristiliktəchizat” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb. Tədbirdə Azərbaycan Texniki Universitetinin rektoru əməkdar elm xadimi, professor Vilayət Vəliyev, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev, universitetin və cəmiyyətin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev cəmiyyətin fəaliyyəti və qarşıya qoyulan vəzifələri haqqında məlumat verərək, bu vəzifələrin icrasında mərkəzi istilik təchizatı sahəsində birgə tədqiqat və təcrübənin təşkilini ölkədə istilik təchizatının inkişafına dair dövlət proqramları və milli fəaliyyət proqramlarında yer almış, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə birgə fəaliyyətin əhəmiyyətlərini qeyd etmişdir. 

AzTU-nun rektoru Vilayət Vəliyev ölkəmizdə istilik təchizatı sektorunun son illər daha da inkişaf etdiyini deyib. Memorandumun əhəmiyyətindən danışan rektor bildirib ki, bu cür əməkdaşlıqların yaradılması universitet-sənaye işbirliyinin inkişafına töhfə verəcək. 

Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev və “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

Sənədə əsasən, tərəflər universitetin tədris planlarının və proqramlarının təkmilləşdirilməsi, tədqiqatların aparılması və universitet-sənaye işbirliyinin inkişafı istiqamətində əməkdaşlıq edəcək. Memorandumda, həmçinin istilik təchizatı sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, tələbələrin texnoloji yeniliyi dəstəkləyən bacarıqlarının inkişaf etdirilməsi, onların məşgulluğunun təmin edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-də birgə fəaliyyətin həyata keçirilməsi və digər məsələlər də əks olunub.