Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristliktəchizat” ASC 2023 - 2024-cü il payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir
25 IYUN 2023

“Azəristliktəchizat” ASC-də 2023-2024-cü il payız-qış mövsümə hazırlıq işləri çərçivəsində təmir-bərpa işləri davam edir.

Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq 641.536 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 2.779 km istilik xətləri əsaslı  təmir olunmuş, 58.429 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb, istilik xətlərində 647,02 m2 istilik örtük qatı təmir edilib,  382 ədəd istilik kamerası təmizlənib. 155 qazanxana və  38  istilik məntəqəsi kompleks yoxlanılıb, 1 ədəd qazan aqreqatı əsaslı və 85 ədəd cari təmir olunub.

Bundan başqa, 46 dəst istilik mübadilə aparatları təmir və təftiş olunub, 130 ədəd istilik mübadilə aparatları hidravlik təzyiqə yoxlanıb,  59 dəst istilik mübadilə qurğusu mexaniki və 22 dəst kimyəvi üsulla təmizlənib. 6 ədəd nasos əsaslı, 214 ədəd cari təmir olunmuş. 20 ədəd siyirtmə,3 ədəd əks klapan, 229 ədəd müxtəlif diametrli dirsək yenisi ilə əvəz edilmişdir.

Magistral istilik xətlərinin keçdiyi ərazilərdə müxtəlif təyinatlı kommunikasiyaların və yaşayış evlərinin mövcudluğu təmir-bərpa müddətində müəyyən çətinliklərin yaratmasına baxmayaraq əməkdaşların peşəkarlığı və işlərin yüksək səviyyədə təşkili nəzərdə tutulan tədbirlərin vaxtında və təhlükəsiz icrasının təminedilməsinə  imkan verir.

Qeyd etmək lazımdır ki, ümumilikdə istilik təsərrüfatlarında 1000 km-dən artıq  magistral və məhəlli istilik xətləri, 150 km qaz xətləri,  49 minə yaxın müxtəlif təyinatlı avadanlıq və  qurğu istismar edilir.

Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.