Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq
19 SENTYABR 2023

 “Azəristiliktəchizat” ASC-də Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib. Asiya İnkişaf Bankının energetika sahəsi üzrə mütəxəssisləri Cohannes Voqel və Nana Qurqenidze istilik təchizatı sahəsində səmərəliliyin artırılması məqsədi ilə təmsil etdikləri qurumun müxtəlif ölkələrdə həyata keçirdikləri layihələr barəsində məlumat veriblər. Nana Qurqenidze Asiya İnkişaf bankı tərəfindən Qazaxıstanın 4 şəhərində həyata keçirilən layihələrə dair təqdimatı görüş iştirakçılarının nəzərinə çatdırıb.

 “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev əməkdaşlıq imkanlarının müzakirəsi üçün təşkil edilmiş görüşdə iştiraklarına görə qonaqlara öz təşəkkürünü bildirib.              

“Azəristiliktəchizat” ASC -də həyata keçirilən islahatlar,  mövcud imkanlar və nəzərdə tutulan işlər barəsində məlumat verib. 

Tərəflər birgə əməkdaşlıq fəaliyyəti üçün nəzərdə tutulan istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və texniki tapşırıq layihəsinin hazırlanmasına dair razılığa gəliblər.