Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC sayca 5-ci Karyera Sərgisində tələbə və məzunlara yeni iş imkanları təklif edib
17 MAY 2024

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) məşğulluğun artırılması məqsədi ilə tələbə və məzunlar üçün sayca 5-ci Karyera sərgisi təşkil olunub. Sərgidə universitetin əməkdaşlıq etdiyi 80-ə yaxın dövlət qurumu və özəl şirkət ümumilikdə 600-dək vakansiya və təcrübə proqramı ilə sərgiyə qatılıb.    

Ümumilikdə 3000-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi də “Azəristiliktəchizat” ASC xüsusi stendi ilə iştirak edib.

Karyera sərgisində Cəmiyyətin əməkdaşları işə qəbul olmaq istəyən məzun və tələbələrin karyera perspektivləri və təcrübə imkanlarının genişləndirilməsinə dair sualları cavablandırıb, “Azəristiliktəchizat” ASC-nin fəaliyyət istiqamətləri, iş imkanları və təcrübə proqramları haqqında ətraflı məlumat təqdim ediblər.