19-21 oktyabr tarixində Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” (“Rebuild Karabakh – 2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgilərini bir araya gətirən “Xəzər İnşaat Həftəsi” keçirilir. “Azəristiliktəchizat” ASC rəhbərliyi də sərgidə iştirak edərək çox sayda yerli və beynəlxalq şirkətlərin sərgilədikləri məhsullarla tanış olublar.
Əhalinin keyfiyyətli istilik xidmətləri ilə təminatı, enerji sərfiyyatında itkilərin azaldılması, səmərəliliyin artırılması istismar olunan texniki avadanlqıların və onları istehsal edən müəssisələr arasında seçim etmək baxımından bu sərgi yüksək imkanlar tanıyır. Müxtəlif texniki avadanlıqlarla tanışlıqdan sonra ASC rəsmiləri sərgidə iştirak edən bir sıra müəssisə rəsmiləri ilə də görüş keçirib.