Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC növbəti dəfə “Karyera Günü”də iştirak edib
04 IYUN 2024

İş dünyasına çıxışın dəstəklənməsi, gənclərin istedad, bacarıq və imkanlarının qiymətləndirməsinə kömək göstərilməsi məqsədilə Azərbaycan Universitetində tələbələr üçün növbəti “Karyera Günü” keçirilib.  Bu il səkkizinci dəfə təşkil olunan və 40-a yaxın şirkət və təşkilatın təmsil olunduğu ənənəvi tədbirdə “Azəristiliktəchizat” ASC -nin xüsusi stendi quraşdırılıb.  Cəmiyyətin nümayəndələri tələbələrin işə müraciət və təcrübə keçmək üçün təqdim etdikləri anketləri qəbul edib, onlara işə qəbul prosesinin qaydaları və mərhələləri, iş müsahibələrinə hazırlaşma haqqında məsləhət və tövsiyələrini verib, suallarını cavablandırıblar. Tədbir tələbələrə əmək bazarının müasir çağırış və tələbləri ilə yaxından tanış olmaq, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradıb.