Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC-nin tədris mərkəzində təlimlər başlamışdır
26 SENTYABR 2022

“Azəristiliktəchizat” ASC-nin tədris mərkəzində payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq təlimlər başlamışdır. İstilik mövsümündə qazanxana və istilik məntəqələrində işləyəcək əməliyyatçılar “Texniki İstismar və Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası” qaydaları kurslarına cəlb edilmişdir. Tədris mərkəzində onların bilik və bacarıqlarının artırılması, təhlükəsiz əmək şəraitinin yaradılması təlimləri təşkil edilmişdir. Payız-qış mövsümündə qazanxana və istilik məntəqələrinə 850 nəfərə yaxın mövsümi əməliyyatçı cəlb olunacaq. Mövsümə hazırlıq çərçivəsində artıq 70-ə yaxın əməliyyatçı tədris mərkəzində təlimə cəlb edilib. Tədris mərkəzində ixtisalı, peşəkar müəllim heyəti tərəfindən təsdiq edilmiş proqram əsasında müasir təlim avadanlıqları vasitəsi ilə təlim və məşğələlər təşkil edilir. Məqsəd abonentlərə mövsüm ərzində fasiləsiz və keyfiyyətli istilik xidməti göstərməkdir.