Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Azəristiliktəchizat" ASC-nin mütəxəssisləri Xəzər İnşaat Həftəsində iştirak ediblər
23 OKTYABR 2023

"Azəristiliktəchizat" ASC-nin mütəxəssisləri regionun tikinti sahəsindəki ən böyük tədbiri olan Xəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunan “Rebuild Karabakh” , “Aquatherm Baku” və “Road&Traffic” sərgiləri ilə yaxından tanış olublar.

Cəmiyyətin əməkdaşları dünyanın 370-dən çox aparıcı şirkətinin iştirak etdiyi İnşaat Həftəsində stendlərə baxış keçirib və  yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə ediblər.

Məlumat üçün bildirək ki, Xəzər İnşaat Həftəsi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə elan edilən “Heydər Əliyev ili”nə təsadüf edib.