Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC-nin kollektivi Cəmiyyətin yaradılmasının 18-ci ilində Fəxri Xiyabanı ziyarət edib
08 IYUN 2023

Bu gün “Azəristiliktəchizat” ASC-nin yaradılmasından 18 il ötür. Bununla əlaqədar Cəmiyyətin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini yad edib, ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb, xatirəsi yad edilib.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır.

Cəmiyyətin əsas vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.