Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC-nin “Asan Kommunal”da göstədiyi xidmətlərin aylıq nəticələri
14 OKTYABR 2022

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ilin sentyabr ayı ərzində 1 saylı Bakı “ASAN Kommunal” mərkəzində 165 vətəndaşa xidmət göstərib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən mərkəzdə vətəndaşlara abonent məlumatlarına dəyişiklik edilməsi, borcun araşdırılması və borcun olmaması haqqında arayışların təqdim olunması, habelə texniki şərtin verilməsi üzrə xidmətlər təklif edilir. Qeyri-əhali istehlakçı qrupuna aid olanların  qeydiyyata alınması da “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir. Vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə günləri isə 09:00-dan 17:00-dək fasiləsiz olaraq aparılır. Xidmətlərdən istifadə etmək tam ödənişsizdir.

Əsas hədəfimiz istehlakçılardan daxil olan müraciətlər əsasında istilik təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə əhaliyə keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.

Qeyd edək ki, 17 avqust 2020-ci il tarixindən etibarən ”Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin istehlakçılara göstərilən xidmətlərinin asanlaşdırılması və əlçatanlığının təmin olunması məqsədilə 1 saylı Bakı “Asan kommunal” mərkəzində fəaliyyətə başlanılmışdır.