Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Azəristiliktəchizat" ASC-nin 2023-cü ilin 7 ayı ərzində 7572 m məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz  olunub
22 AVQUST 2023

          "Azəristiliktəchizat" ASC-nin 2023-cü il üçün təsdiq edilmiş istehsal və maliyyə təsərrüfat planlarına uyğun olaraq 2023-cü ilin 7 ayı ərzində  1000 km-dən çox istilik xətləri hidravlik təzyiqə yoxlanılıb və 7572 m məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz  olunub. 848 ədəd odluq, 238 dəst istilik mübadilə aparatları, 2825 ədəd nasos, 11825 ədəd müxtəlif diametrli siyirtmələr, 2714 ədəd mühərrik, 566 dəst elektrik avadanlığı, 450 dəst nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1161 ədəd genişləndirici çən, 832 ədəd qoruyucu klapan və 2558 ədəd əks klapan, 2087 ədəd çirktutan, 2980 ədəd manometr və termometr, 10584 ədəd ventil, 608 ədəd ehtiyyat su çəni, 13 ədəd havavuran, 10 ədəd tüstüsoran və digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.

            591 ədəd dirsək, 65 ədəd siyirtmə, 32 ədəd ventil, 14 ədəd rezin membran, 3 ədəd nasos yenisi ilə əvəz edilmiş, 6 qazan aqreqatı, 11 ədəd nasos, 219 ədəd siyirtmə, 10 ədəd mühərrik əsaslı, 317 ədəd qazan aqreqatı, 33 ədəd odluq, 734 ədəd nasos, 33 dəst istilik mübadilə aparatı, 4838 ədəd siyirtmə, 617 ədəd mühərrik cari təmir edilib.

            881 ədəd qazan aqreqatı, 93 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 8 ədəd qazan qurğusu, 17 dəst istilik mübadilə qurğusu kimyəvi  üsulla təmizlənib.

            2023-2024-cü il payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində istilik xətlərində 2119 m2 istilik örtük qatı bərpa olunmuş, 468 ədəd qazanxanada yeraltı və yerüstü tüstü yolları təmizlənmiş, qazanların 133 m2 istilik örtük qatı, 408  m2 kərpic örtüyü bərpa edilib. 

            111,353 km qaz xəttinə baxış keçirilib, onlardan 52,522 km yeraltı, 58,831 km yerüstü qaz xəttidir. Müxtəlif diametrli 1833 ədəd qaz siyirtməsi təftiş olunmuş, onlardan 51 ədədi təmir edilmişdir.