Elektron satınalma vasitəsilə Təkliflər sorğusu keçirilməsinə dair ELAN
"Azəristiliktəchizat" ASC Kiçik və orta diametrli boruların və digər avadanlıqların (dirsək, siyirtmə), iri diametrli boruların və onların dirsəklərinin (D 630 9mm, D 720 9mm), müxtəlif şəbəkə nasoslarının satınalınmasına dair Təkliflər sorğusu elan edir
Satınalan təşkilatın adı: "Azəristiliktəchizat" ASC
Satınalan təşkilatın VÖEN-i: 1700531291
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 AZ1123
Müsabiqənin başlanma tarixi və vaxtı: |
14.07.2023 09:30 |
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: |
28.07.2023 17:00 |
Zərflərin açılması tarixi və vaxtı: |
31.07.2023 11:00 |
Müsabiqədə iştirak haqqı: - 0 AZN (ödənişsiz)
İcra ünvanı
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3
İcra müddəti
Müqavilə bağlandəğı andan bir il müddətinə.
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Köçürülmə yolu ilə
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Tender təklifi:
Qiymət təklifi:
Tender təklifinin qüvvədə olma müddəti |
Zərflərin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir |
Tender təklifinin təminatının məbləği |
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir |
Tender təklifinin təminatının qüvvədə olma müddəti |
Tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır |
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı |
Müqavilənin ümumi məbləği 100.000,00 (bir yüz min) ABŞ dollarının manat ekvivalentindən çox olarsa satınalma müqaviləsinin 2%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatı təqdim edilməlidir və müqavilənin icrası zamanı qüvvədə olmalıdır. |
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış |
Təsdiqedici sənədin əsli və ya elektron əldə olunduğu təqdirdə notarial qaydada təsdiq olunmuş sənəd təqdim edilməlidir
|
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti |
maliyyə hesabatı vergi orqanları tərəfindən təsdiq edilməli və təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) maliyyə hesabatını müşayiət edən, vergi orqanları tərəfindən təsdiq edilmiş məktubun orijinal surəti çap edilərək təqdim edilməlidir |
Maliyyə vəziyyəti haqqında bank arayışı |
müvafiq bank tərəfindən təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) arayışın orijinalı təqdim edilməlidir
|
Nizamnamə |
iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti təqdim edilməlidir.
|
Qeydiyyatdan keçdiyi ölkə |
iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti təqdim edilməlidir.
|
Rekvizitlər |
Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və surəti təqdim edilməlidir;
|
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış (sənədin orijinalı çap edilərək təqdim edilməlidir) |
İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti |
sənədin surəti təqdim edilməlidir |
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması |
Əmr və təsisçilərin yığıncağının qərarı və s. sənədlərin orijinalı çap edilərək təqdim edilməlidir |
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması |
Notarial qaydada təsdiq edilmiş sənəd (“Yüklülüyün olmaması barədə” müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdim edilmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) və s.) surəti təqdim edilməlidir;
|
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayış olmalıdır. Sənədlərin orijinalı çap edilərək təqdim edilməlidir;
|
Satın alınan malların uyğunluq sertifikatları və mallar daxili istehsal olduqda istifadə olunacaq xammalın mənşə sertifikatları, xarici istehsalçı vasitəsilə təqdim edildikdə müvafiq malların mənşə sertifikatları |
Təqdim edilmədikdə kənarlaşdırılacaq. (Certificate of Origin) – Bu sənədlər “Güzəştli Düzəliş”in tətbiq edilməsi üçün əsas amil hesab edilir. (qalib iddiaçı ilə satınalma müqaviləsi bağlandıqdan sonra malların və xammalın mənşə sertifikatı mallar və xammallar istehsalçı ölkədən çıxandan sonra, uyğunluq sertifikatı isə mallar idxal olunduqdan sonra təqdim edilməlidir) – Sənədlər heç biri təqdim edilmədiyi halda mallar müqavilə bağlanılmazdan öncə nümunələrin təqdim edilməsi şərtilə (originallıq yoxlanılmaqla) qəbul edilə bilər |
Baş təchizatçı kimi təqdim etdiyi analoji xüsusiyyətli, həcmli mallar, xidmətlər və davam etdirilən layihələr |
Tikişli və tikişsiz polad boru malların satınalması üzrə minimum 3 milyon manatdan yuxarı yerinə yetirilmiş müqavilə və təhvil təslim aktları (müqavilələr, təhvil təslim aktları) təqdim etməlidir. Analoji sahələr üzrə fəaliyyətinin olması və yaxud davam etməsi vacib hesab edilir. Qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı sənədlərin formalarına uyğun “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə – X. “analoji xüsusiyyətli, həcmli mallar və davam etdirilən layihələr” barədə məlumat) (“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və təqdim edilməlidir); Təqdim edilmədikdə kənarlaşdırılacaq |
Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat |
Bu meyar üzrə iddiaçının bütün texniki imkanları (avadanlıq, fəaliyyət sahəsi, iş yeri, istehsal sahəsi və s.) və əsas vəsaitləri, boru məhsulları üzrə anbar qalığı (bu çeşiddə mallar üzrə müvafiq dövriyyəsi olmalıdır, aktivləri, metal üzrə mütəxəssislərin sayı (minimum 3 nəfər) və s.) təqdim edilməlidir. Qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək istisas göstəriciləri ilə bağlı sənədlərin formalarına dair “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə – 10: “Texniki imkanlar və əsas vəsaitləri” barədə məlumat) (“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və təqdim edilməlidir); Təqdim edilmədikdə |
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Nicat Nuraliyev |
Satınalmalar üzrə mütəxəssis |
info@azeristilik.gov.az |
(+99477) 419-02-06 |