Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC Karyera sərgisində xüsusi stendlə iştirak edib
06 APREL 2023

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) məşğulluğun artırılması məqsədi ilə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Nazirliklər, 80-ə yaxın dövlət qurumu, komitə və təşkilatlar, eləcə də qabaqcıl şirkətlərin iştirak etdiyi sərgidə  “Azəristiliktəchizat” ASC -nin xüsusi stendi quraşdırılıb.

Karyera sərgisində iştirakçılara Cəmiyyət tərəfindən iki vakant yer - aparıcı İT mühəndisi və istilik energetikası mühəndisi  təklif edilmişdir. Stendlə maraqlanan tələbə və məzunlara Səhmdar Cəmiyyətin fəaliyyəti, kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən proqramlar, karyera imkanları barədə məlumat verilib, işə qəbulla bağlı xeyli müraciət anketi toplanıb.

Sərgi təhsil seçimi, təcrübə və ixtisasartırma, işaxtaranlarla birbaşa təmas yaratmaq, onları müvafiq sahələrə istiqamətləndirmək, peşəkar mütəxəssisləri cəlb etmək və məşğulluğun təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, 1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgidə 200-dən çox vakansiya və təcrübə proqramı təqdim olunub.