Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC istilik sistemlərinin layihələndirmə və dizayn xidmətini təklif edir
06 IYUL 2023

“Azəristiliktəchizat” ASC peşəkar heyətinə və çoxillik təcrübəsinə güvənərək istilik təchizatı sahəsi üzrə yeni kommersiya xidmətləri təklif edir. Bu sahədə yaradılan istilik sistemlərinin layihələndirmə və dizayn xidməti qazanxanaların tikinti-quraşdırma işlərini həyata keçirmək üçün vacib mərhələ hesab olunur.

“Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılan layihələndirmə xidməti 2006-cı ildən fəaliyyətə başlayıb. Bu günədək çevik, bacarıqlı və peşəkar mütəxəssislərindən ibarət komandamız tərəfindən 500-ə yaxın müxtəlif tip uğurlu layihələr həyata keçirilib.  “Azəristiliktəchizat” ASC istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi və smetaların tərtib edilməsi üzrə xidmətlərini təklif edir. Mütəxəssislərimizin göstərdikləri tikinti, dizayn və layihələndirmə xidmətləri evinizi və ya iş yerinizi rahat, müasir və unikal etməyə kömək edəcəkdir.

Eyni zamanda, layihələndirmə mərhələsində enerji səmərəliliyin təmin olunması üçün müasir tələblərə cavab verən avadanlıqlardan istifadə olunması əsas şərtdir. Bu məqsədlə Layihə konsepsiyası  hazırlanarkən, sifarişçinin tapşırıqları, tikinti normaları, həmçinin obyektin təyinatı da əsas götürülməklə, bütün istək və tələbləriniz nəzərə alınır. Nəticədə, müvafiq işçi layihə sənədləri hazırlanır və bu sənədlər əsasında tikinti prosesi həyata keçirilr. Onu da qeyd edək ki, layihələndirmə əsasında həyata keçirilən işlər, görülən işlərin gələcəkdə istifadəsi zamanı problem və uyğunsuzluqlarla qarşılaşmamağa zəmanət verir.