Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC əmək yarmarkasında iştirak edib
21 OKTYABR 2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti də iştirak edib.

Yarmarkada “Azəristiliktəchizat” ASC-nin xüsusi stendi quraşdırılıb. Əmək yarmarkasında müəsissəni   Kadr, sosial və hüquq məsələləri , ictimaiyyətlə əlaqələr, texniki istehsalat həmçinin informasiya texnologiyaları, kompüter və elektron xidmətlərin təşkili şöbələrinin əməkdaşları təmsil edib.

         Stendlə maraqlanan tələbə və məzunlara Səhmdar Cəmiyyətin fəaliyyəti, kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən proqramlar, karyera imkanları barədə məlumat verilib, işə qəbulla bağlı 100-ə yaxın müraciət anketi toplanıb.

Yarmarkanın Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və AzTU-nun rektoru Vilayət Vəliyev pavilyonlarla yaxından tanış olublar. Yarmarka təhsil seçimi, təcrübə və ixtisasartırma, işaxtaranlarla birbaşa təmas yaratmaq, onları müvafiq sahələrə istiqamətləndirmək, peşəkar mütəxəssisləri cəlb etmək və məşğulluğun təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, əmək yarmarkasında 1000-ə yaxın AzTU məzunu iştirak edib. Həmçinin yarmarkada 74 dövlət və özəl müəssisəsi tərəfindən ümumilikdə 800-ə yaxın boş iş yeri və təcrübə proqramları təqdim edilib.