Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC-ə məxsus mürəkkəb konstruksiyaya malik avadanlıqlar “NEFTQAZMAŞ” ASC-də təmir edilir
19 SENTYABR 2023
Bu gün ölkənin ən qocaman istehsalat sahələrindən biri olan “NEFTQAZMAŞ” Açıq Səhmdər Cəmiyyətində olduq. Ümumi sahəsi 55000 m2 təşkil edir. Müəssisə istehsal fəaliyyətinə 1904-cü ildə, neft mədənlərində işlədilən avadanlıqların və alətlərin təmiri üçün xırda təmir emalatxanası kimi başlamışdır.
Sonralar təmir sexləri genişlənmiş, təmir olunan məmulatların nomenklaturası və çeşidi çoxalmış, istehsalat gücü artmışdır.
1941-1945-ci il müharibəsi dövründə “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə əlaqədar zavod, başqa müəssisələr kimi, 3 növbəli rejimdə işləmişdir.
2001-ci ilin noyabr ayında müəssisə tam özəlləşdirilmiş və “NEFTQAZMAŞ” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Bu gün “Azəristiliktəchizat” ASC-ə məxsus hələki istismarda olan bəzi mürəkkəb konstruksiyaya malik köhnə avadanlıqlar yalnız “NEFTQAZMAŞ” ASC-də təmir edilir.