Nüfuzlu dövlət və özəl telekanalların, radio, qəzet, sayt və xəbər agentliklərinin iştirak etdiyi brifinqdə yeni mövsümə hazırlıq tədbirlərinin icrası və qurumun qarşısında duran vəzifələr barədə media nümayəndələri ətraflı məlumatlandırıb. Bildirilib ki, “Azəristiliktəchizat” ASC-nin balansında olan 564 qazanxana və 88 istilik məntəqəsi hazır vəziyyətə gətirilib. Cəmiyyət mövsüm ərzində 3871 yaşayış binası, 184 minə yaxın mənzil, 287 məktəb,162 uşaq bağçası, 152 səhiyyə müəssiəsi və 2230 müxtəlif təyinatlı təsərrüfat obyektlərini fasiləsiz istilik enerjisi ilə təmin edəcək.
“Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev brifinqdə kütləvi informasiya vasitələrinin əməkdaşlarının bütün suallarını cavablandırıb.