Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Azəristiliktəchizat" ASC –də mövsümi işçilərin işə qəbul prosesi davam edir
02 NOYABR 2023

2023-2024-cü illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində qazanxana və istilik məntəqələrində çalışacaq əməliyyatçıların hazırlanması ilə əlaqədar "Azəristiliktəchizat" ASC-nin "Tədris Mərkəzi"ndə təlim kursları fəaliyyətə başlamışdır.

Təlim kursları Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası, Yanğın Təhlükəsizliyi və Texniki İstismar qaydalarının tələbləri nəzərə alınmaqla təsdiq edilmiş tədris proqramına uyğun olaraq Cəmiyyətin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılır. Tədris iki növbəli təşkil edilib və 18 yaşdan yuxarı bütün kateqoriyalardan olan şəxslərin bu təlimlərdə iştirak hüququ var.

Təlim kursları işə cəlb edilməsi nəzərdə tutulan əməliyyatçıların qazanxana və istilik məntəqələrində quraşdırılmış avadanlıqların istismarı ilə bağlı ən minimal biliklərə sahib olmaqla peşə hazırlıqlarının artırılmasına və istehsal prosesinin təhlükəsizliyinin təmin edilməsinə imkan verəcəkdir.

Təlim kursunun yekunlarına görə dinləyicilərin bilikləri və işgüzar keyfiyyətləri qiymətləndiriləcək və bunun əsasında onların Cəmiyyətin balansında olan qazanxana və istilik məntəqələrində sərbəst işə buraxılması ilə bağlı tövsiyyələr hazırlanacaqdır.