2022-2023-cü illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində noyabr ayının 1-dən etibarən bu günə qədər 670 qazanxana əməliyyatçısı təlimdən və müsahibədən uğurla keçərək işə götürülüb. Ümumilikdə isə cari mövsümdə 1035 əməliyyatçının işə cəlb edilməsi nəzərdə tutulub. Ötən illərdə mövsümi olaraq çalışmış əməkdaşlarla yanaşı, bu il şirkətin rəsmi internet səhifəsi və sosial media hesablarında yerləşdilən iş elanı əsasında müracit edən namizədlər də işə götürülmüşdür.
Müsahibədən keçən əməkdaşlarla “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi və aidiyyatı şöbələrin görüşləri keçirilir. “Azəristiliktəchizat” ASC rəhbərliyi qazanxana və istilik məntəqələrində çalışacaq əməliyyatçılara qazanxanalarda daxili nizam-intizam və texniki istismar qaydalarına əməl olunmasına dair müvafiq tapşırıqlar verib. Bildirilib ki, Cəmiyyət respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyata keçirməkdədir. Qazanxanalardakı nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki, habelə kimyəvi üsulla təmizlənmişdir. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və mövsüm zamanı su itkisi yarana biləcək istilik xətlərinin yeni xətlərlə əvəz olunması işləri yekunlaşdırılmışdır.
Qeyd olunub ki, hər bir əməkdaş vəzifələrini bilməli, texniki istismar və texniki təhlükəsizlik qaydalarına dəqiq əməl etməlidir. Əməliyyatçıların diqqətinə çatdırılıb ki, qazanxanın fəaliyyəti dövründə hər hansı avadanlıqda nazasılıq aşkar olunduğu təqdirdə, aidiyyəti üzrə məlumatlandırma həyata keçirməli və Mərkəzi Dispeçer, habelə Çağrı Mərkəzi (956) ilə əlaqə saxlamalıdırlar. Görüş zamanı qazanxana əməliyyatçıları ilə müzakirələr aparılmış, onların təkmilləşdirici fikir və rəyləri dinlənilmişdir.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.
2022-2023-cü illər istilik mövsümündə ümumilikdə 564 qazanxana, 88 istilik məntəqəsi və 2 yüksək nasos stansiyası istismar edilməklə istehlakçıların istiliklə təmin edilməsi nəzərdə tutulur.