Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC-də gənc əməkdaşlar məsul vəzifələrə təyin edildi
16 IYUL 2024

“Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin optimallaşdırılması, kadrlarla işin səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində struktur və kadr islahatları sürətlə davam etdirilməkdədir.

Təcrübə-sınaq və müsabiqə mərhələlərini uğurla keçən 6 gənc Cəmiyyətin strukturlarında məsul vəzifələrə təyinat alıblar. Sahə rəisləri işləyərək özlərini doğrultmuş Tərlan Məlikov və Vüqar Qurbanlı müvafiq istilik sistemləri istismar sahələrində baş mühəndis, işə yeni qəbul edilən gənclərdən Emin Müzəffərov, Emin Mikayılov və Əfqan Vəliyev sahə ustaları, Cavid Abdullayev mühəndis dispetçer vəzifələrinə təyin ediliblər.

Yeni təyinatlarla bağlı “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev gənc əməkdaşları qəbul edib, Cəmiyyət qarşısında duran vəzifələr, istilik təchizatı xidmətlərinin keyfiyyətli və dayanıqlı təşkili, vətəndaş müraciətlərinə həssas münasibət, sahənin fəaliyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlərin əhəmiyyəti gənclərin diqqətinə çatdırılıb.

Gənclər göstərilən diqqətə görə minnətdarlıq edib, etimadı doğrultmaq üçün bütün səylərini əsirgəməyəcəklərini bildiriblər.

“Azəristiliktəchizat” ASC-də gənclərin işlə təminatına xüsusi önəm verilir, işçilərin işə qəbulu ilə bağlı yeni prosedurlar hazırlanmış və uğurla icra edilməkdədir. Məhz bunun nəticəsidir ki. qısa müddət ərzində Cəmiyyətin mərkəzi aparat üzrə işçilərinin 20,5%-i işə yeni qəbul edilən gənclərin hesabına yenilənmişdir.