Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC-də “Çağrı mərkəzi operatoru" vəzifəsinə elan edilən müsabiqə başa çatıb
09 OKTYABR 2025

“Azəristiliktəchizat” ASC-də “Çağrı mərkəzi” operatoru vəzifəsi üzrə vakansiya elanı ilə bağlı ümumilikdə 400-ə yaxın namizəd müraciət etmişdir.

Daxil olan müraciətlərin ilkin dəyərləndirilməsi nəticəsində müsabiqənin növbəti mərhələsində iştirak üçün 63 nəfərin namizədliyi uyğun hesab olunmuşdur.

Növbəti mərhələdə 5 nəfər, yekun nəticəyə əsasən 3 nəfər seçilərək “Azəristiliktəchizat” ASC-də “Çağrı mərkəzi” operatoru vəzifəsinə təqdim edilmişdir.

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev müsahibə prosesinin ikinci mərhələsinə keçmiş namizədlərlə görüşüb.

Görüş zamanı Cəmiyyətdə həyata keçirilən modern idarəçilik prinsipləri, vətəndaş müraciətlərinə operativ yanaşmanın əhəmiyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilmişdir.  “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev namizədlərə uğurlar arzulayaraq, şəffaf və obyektiv seçim prosesinin əhəmiyyətini vurğulamışdır.

Məlumat üçün bildirək ki, vakansiyaya müraciət edən namizədlərin əksəriyyətini ali təhsilli gənclər təşkil edib. Ümumilikdə müraciət edənlərin 9 nəfəri kişi, qalanları isə qadınlar təşkil edib. 400 namizədin 275-i ali təhsil müəssisələrinin, 125-i isə orta ixtisas təhsil müəssisələrinin (kolleclərin) məzunları olub. Ən çox müraciət edənlər sırasında Bakı Dövlət Universiteti (58 nəfər), Azərbaycan Dövlət İqtisad Universiteti (28 nəfər), Azərbaycan Texniki Universiteti (16 nəfər), Azərbaycan Memarlıq və İnşaat Universiteti (21 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (20 nəfər) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (18 nəfər) kimi ali məktəblərin məzunları yer alıb.

Həmçinin Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və xarici universitetlərin məzunları da müraciət edənlər arasında olub. Orta ixtisas təhsilli namizədlər isə əsasən İqtisad Kolleci, Bakı Dövlət Pedaqoji Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci, Gəncə Humanitar Kolleci, Bakı Neft və Energetika kolleci  və digər ixtisas yönümlü təhsil müəssisələrinin məzunlarıdır.

Seçim prosesi nəticəsində müəyyən edilmiş 3 namizədin işə qəbulu proseduruna başlanılmışdır.