Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Azəristiliktəchizat" ASC-də Avstriyanın "Klinger Fluid Control" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir
21 MAY 2023

"Azəristiliktəchizat" ASC-də Avstriya İqtisadiyyat  Palatası və AZPROMO-nun birgə təşkilatçılığı ilə Avstriya-Azərbaycan  şirkətlərinin və təşkilatlarının ikitərəfli görüşləri çərçivəsində  Avstriyanın "Klinger Fluid Control" şirkətinin nümayəndələri ilə  görüş keçirilmişdir.

Görüşdə iştirak edən Avstriya İqtisadiyyat  Palatasının nümayədəsi xanım Eva Maria Wethaler və "Klinger Fluid Control" şirkətinin nümayəndəsi Grzegorz Dabrowski Bakıya səfərləri haqqında məlumat verərək "Klinger Fluid Control" şirkətinin yüz ildən artıq fəaliyyət göstərdiyini, müxtəlif sahələr üçün etibarlı bağlanma klapanları və digər avadanlıqların istehsalı üzrə dünyada aparıcı mövqe tutduqlarını qeyd ediblər.

"Azəristiliktəchizat" ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev qonaqlara "Azəristiliktəchizat" ASC-də həyata keçirilən layihələr və istilik təchizatı sahəsində aparılan islahatlar çərçivəsində qarşıda duran əsas vəzifələr haqqında məlumat verib. İ.Mirzəliyev qeyd edib ki, bu gün "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında  564 qazanxana istismar  olunmaqla 3879 yaşayış binası, 184 mindən artıq  mənzil, 288 məktəb, 166 uşaq bağçası, 151 səhiyyə obyekti və 2400 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilir. Cəmiyyətin təsərrüfatlarında 27 mindən artıq qoruyucu klapan, siyirtmə, əks klapanlar, 10 mindən artıq müxtəlif diametrli ventillər, 1000 km-ə yaxın magistral və məhəllə daxili istilik xətləri istismar edilir. Bu gün əsas vəzifə növbəti istilik mövsümünə hazırlıqla bağlı nəzərdə tutulan tədbirlərin vaxtında icra edilməsi və istilik təchizatının keyfiyyət parametrlərini yüksəltməklə vətəndaş məmnunluğunun təmin edilməsindən ibarətdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.