Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının daxili kommunikasiyanın gücləndirilməsinə dair tədbirlər davam etdirilir
03 IYUN 2024

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının daxili kommunikasiyanın gücləndirilməsi, məlumat mübadiləsinin təşviq edilməsi və ünsiyyət bacarıqlarının artırılması istiqamətində İstilik Sistemləri İstismarı Sahələrinin işçi heyəti ilə yerlərdə müntəzəm görüşlər davam etdirilir.

Növbəti görüş Cəmiyyətin ictimaiyyətlə əlaqələr xidmətinin nümayəndələrinin iştirakı ilə 20 saylı İstilik Sistemləri İstismarı Sahəsində keçirilib. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətində son illərdə informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində görülən işlər  və qarşıda qoyulan hədəflər haqqında əməkdaşlara ətraflı məlumat verilib. Təkmilləşdirilmiş və daim yenilənən  rəsmi internet səhifəsinin (azeristilik.gov.az) aktiv fəaliyyəti, sosial şəbəkələrdə korparativ səhifələrin yaradılması və KİV ilə uğurlu əməkdaşlıq son dövrlərdə əldə edilmiş nailiyyətlərdir.  

Görüş zamanı Cəmiyyətin ictimaiyyətlə əlaqələr xidmətinin nümayəndələri 20 saylı İstilik Sistemləri İstismarı Sahəsində 2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri ilə yaxından tanış olublar.