Payız-qış mövsümünə hazırlıq çərçivəsində 2020-ci il 08 noyabr tarixində rəşadətli ordumuz tərəfindən işğaldan azad edilmiş Şuşa şəhərində də planlı işlər aparılır. “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev sərt iqlimə malik Şuşada qısa müddət ərzində tikilib istifadəyə verilmiş qazanxanaların mövsümə hazır vəziyyətə gətirilməsi işləri ilə tanış olub. Qurumun Şuşada fəaliyyət göstərən əməkdaşları fasiləsiz istilik və isti su təchizatı ilə bağlı görülən işlərin hesabatını verib. Qeyd edək ki, Şuşada artıq 7 qazanxana tikilib və onlardan 6-sı 2021-ci il noyabrın 1-dən istismara verilib.
1 qazanxana və 1 istilik paylayıcı məntəqənin isə quraşdırılması işləri artıq başa çatıb və bu mövsümdən fəaliyyət göstərəcək. Ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməsi nəzərdə tutulur.