Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Asiya İnkişaf Bankının enerji məsələləri üzrə məsləhətçisi ilə görüş keçirilib
22 MAY 2024

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Asiya İnkişaf Bankı tərəfindən cəlb edilmiş enerji məsələləri üzrə məsləhətçi Sakari Oksaneni qəbul edib.

Görüşdə "Azəristiliktəchizat" ASC nümayəndələri də iştirak edib.

Görüş zamanı istilik təchizatı sahəsində islahatların aparılması və səmərəliliyin artırılması istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə olunub. Eyni zamanda, hazırlanması nəzərdə tutulan texniki şərtlər toplusuna daxil edilməsi təklif olunan məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.