Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2025-ci ilin I rübü üzrə 891 910 Qkal istilik enerjisi istehsal olunub
15 APREL 2025

2025-ci ilin ilk üç ayı ərzində “Azəristiliktəchizat” ASC tərəfindən ümumilikdə 891 910 Qkal istilik enerjisi istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8133 Qkal və ya 0,9% çox olmuşdur.

Təbii qaz sərfi 151,2 min m³ azalaraq 123278,3 min m³, 1 Qkal istilik enerjisinin istehsalına sərf edilən qazın xüsusi sərfi isə 1,6 m³/Qkal azalaraq 138,5 m³/Qkal təşkil etmişdir.  

Şuşa şəhərində yeni tikilən qazanxanalarda ümumilikdə 1577,8 Qkal istilik enerjisi istehsal edilmişdir ki, onun da  65%-i  elektrik enerjisi ilə işləyən qazanxanaların payına düşür.

2025-ci ilin ilk üç ayı ərzində elektrik enerjisi sərfi 37070,9 min kVts olmuşdur, bu da ötən ilə nisbətən 221,4 min kVts azalma deməkdir, su sərfi isə 14,5 min m³ azalma ilə 516,6 min m³ təşkil etmişdir.

İstilik enerjisi istehsalının 99,8%-i qaz yanacağı ilə, 0,2%-i isə dizel və elektrik enerjisi ilə həyata keçirilmişdir.

I rüb ərzində Bakı şəhəri və respublikanın regionlarında  554 qazanxana istismar edilməklə, o cümlədən xidmət müqavilələrinə əsasən 26 qazanxana,  3837 yaşayış binası, 746 təhsil və  səhiyyə müəssisələri, 2600-ə yaxın digər sosial obyekt istiliklə təmin edilmişdir. İstismar edilən  43 qazanxana vasitəsi ilə  3779 mənzilli 54 yaşayış binasında 11 min nəfərə yaxın sakinə, 72 sosial və digər təsərrüfat obyektinə isti su təchizatı xidmətləri göstərilmişdir.