2025-ci ilin yanvar-iyun aylarında 1 016 253 istilik enerjisi istehsal olunmuşdur ki, bu bu da göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55,6 min Qkal və ya 5,8 faiz çoxdur.
İstilik enerjisi istehsalının 99,8 faizi qaz yanacağı ilə, 0,2 faizi isə dizel və elektrik enerjisi ilə həyata keçirilmişdir.
1 Qkal istilik enerjisinin istehsalına sərf edilən qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 m³/Qkal azalaraq 137,8 m³/Qkal təşkil etmişdir.
Şuşa şəhərində inşa edilmiş qazanxanalarda 1544,8 Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da ümumi istehsalın 0,15 faizini təşkil edir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinə 912,2 min kVt.s qənaət edilmiş və 46 402,5 min kVt.s enerji sərf olunmuşdur.
İstilik enerjisinə görə ödənişlərin hesabat dövründə əhali, büdcə təşkilatları və digər təsərrüfat subyektləri üzrə ümumi ödəniş dinamikasında fərqlilik müşahidə olunmuşdur.
Xidmətin həcmi əhali qrupu üzrə 11,3 milyon min manat, qeyri əhali istehlakçıları üzrə isə 9,75 milyon manat, ümumilikdə 2025-ci ilin ilk 6 ayında 21 milyon manatlıq istilik təchizatı xidmətləri göstərilmiş, ödəniş faizi 73,8% təşkil etmişdir.
Qeyd edək ki, yanvar-aprel ayları ərzində Bakı şəhəri və respublikanın regionlarında 554 qazanxana istismar edilməklə, o cümlədən xidmət müqavilələrinə əsasən 26 qazanxana, 3837 yaşayış binası, 746 təhsil və səhiyyə müəssisələri, 2600-ə yaxın digər sosial obyekt istiliklə təmin edilmişdir. İstismar edilən 43 qazanxana vasitəsi ilə 3779 mənzilli 54 yaşayış binasında 11 min nəfərə yaxın sakinə, 72 sosial və digər təsərrüfat obyektinə isti su təchizatı xidmətləri göstərilmişdir.
Həmçinin, yarımillik zaman kəsiyində “Azəristiliktəchizat” ASC “Çağrı Mərkəzi” vasitəsilə 14 609 vətandaş müraciəti qəbul edilmişdir.
Altı ay ərzində 121 sosial media paylaşımı və 18 press-reliz ictimaiyyətin diqqətinə çatdırılmışdır. Sosial media paylaşımları ümumilikdə 208 min 666 istifadəçiyə çataraq geniş auditoriyanı əhatə etmişdir.









