Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2023-cü il iyul ayı ərzində “Azəristiliktəchizat” ASC “Çağrı Mərkəzi” vasitəsilə  373 vətəndaş müraciəti qəbul edilib
09 AVQUST 2023

         2023-cü il iyul ayı ərzində “Azəristiliktəchizat” ASC “Çağrı Mərkəzi” vasitəsilə  373 vətəndaş müraciəti qəbul edilib. Bunlardan 149-u  istilik və isti su təchizatı xidmətləri, borcla əlaqədar, 224-ü isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib. Vətəndaşların sualları operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

         “Azəristiliktəchizat” ASC vətəndaşların müraciətlərinin vaxtında qəbul edilməsi və işlənilməsini təmin etmək məqsədilə 956 “Çağrı Mərkəzi”nin fəaliyyətini  müasir avadanlıqlar və texnologiyalar tətbiq etməklə daha da təkmilləşdirmiş, analoq sistemdən rəqəmsal sistemə keçid edilib. Zənglərdə növbəlilik sistemi təmin edilib, 20 zəngi eyni anda qəbul etmə imkanı yaradılıb.