“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarının 2023-2024-cü illər payış-qış mövsümünə hazılığı ilə bağlı geniş istehsalat müşavirəsi keçirilmişdir.
Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən istlik təsərrüfatlarının rəhbərlərinin iştirakı ilə 2023-2024-cü illər payış-qış mövsümünə hazırlıqla bağlı geniş istehsalat müşavirəsi keçirilmişdir. Müşavirədə mövsümə hazılıqla bağlı təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyətinə dair istilik təsərrüfatlarının rəhbərlərinin hesabatları dinlənilmiş və hər bir sahə üzrə işərin gedişatı ətraflı müzakirə edilmişdir.
Müşavirədə payız-qış mövsümünə hazırlıq obyektlərinin mövsümi hazırlığını qiymətləndirən “Mövsümi hazırlıq komissiyası”nın üzvləri çıxış edərək qazanxana və istilik şəbəkələrinin istismara hazılığı haqqında ətraflı məlumat veriblər.
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev müşavirədə çıxış edərək “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarına uyğun olaraq istilik mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş bütün tədbirlərin müəyyən edilmiş müddətlərdə başa çatdırılmasına dair müvafiq tapşırıqlar vermişdir.