Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2023-2024-cü il payız-qış mövsümə hazırlıq işləri intensiv davam edir
27 IYUL 2023

“Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2023-2024-cü il payız-qış mövsümünə hazırlıq işləri intensiv olaraq davam etdirilir.

Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq 826.270 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 5.203 km istilik xətləri əsaslı  təmir olunmuş, 147.997 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb. İndiyədək 414 qazanxana və 57 istilik məntəqəsi kompleks yoxlanılıb, 203 qazan aqreqatı təmir olunaraq istismara hazır vəziyyətə gətirilib.

Qeyd etmək lazımdır ki, istilik təsərrüfatlarında istismar edilən 1000 km-dən artıq  magistral və məhəlli istilik xətləri, 150 km qaz xətləri,  49 minə yaxın müxtəlif təyinatlı avadanlıq və  qurğuya baxış keçiriləcəkdir.

"Azəristiliktəchizat" ASC-nin mütəxəssis - texniki heyəti tərəfindən Bakı şəhəri və regionlar üzrə xidmər zonasına daxil olan 3870 yaşayış binası, 287 məktəb, 160 uşaq bağçası,  150 səhiyyə müəssisəsi və təsərrüfat obyektlərində aparılan monitorinq və araşdırmalar nəticəsində balans saxlayıcılarına məxsus binadaxili mühəndis kommunikasiya  xətlərində xidmətin keyfiyyət parametrlərinə birbaşa təsir göstərməklə istilik təchizatında  fasilələrin, həmçinin son nəticədə  haqlı narazılıqların yaranmasına səbəb olan bir sıra texniki problemlər aşkar edilmişdir. Bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciətlər edilmişdir.   

Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.