Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

15 noyabr 2025-ci il tarixindən etibarən Bakı şəhəri və respublikanın regionlarında növbəti istilik mövsümünə başlanılır
14 NOYABR 2025

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən Bakı şəhərində və respublikanın regionlarında 15 noyabr 2025-ci il tarixindən etibarən növbəti istilik mövsümünə başlanılacaqdır. 

Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etiran isə 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) 34 qazanxana vasitləsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 14 sosial və təsərrüfat hesablı obyektlər “Azəristiliktəchizat” ASC-nin istilik mənbələrinə qoşulmuşdur.

2025-2026-ci illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulmaqdadır.

"Azəristiliktəchizat" ASC 2025-2026-ci illər payız-qış mövsümünə hazırlıq işlərini təsdiq olunmuş tədbirlər planına uyğun olaraq tamamlamış, istilik mənbələrinin səmərəliliyini yüksəltmək, enerji itkilərini minimuma endirmək və istehlakçılara keyfiyyətli istilik enerjisi təqdim etmək məqsədilə istismar müddəti başa çatan 7 köhnə tipli  qazanxananın da yenidənqurma işlərini həyata keçirmişdir.

Nərimanov rayonu A.Nemətulla küçəsi 63 ünvanda 92 saylı, A.Heydərov küçəsi 24 ünvanda 86 saylı, Nizami rayonu T.Abbasov küçəsi 65 ünvanda 515 saylı, Babək prospekti 99 ünvanda 539 saylı, Yasamal rayonu N.Nərimanov prospekti 55 ünvanda 140 saylı, Pirallahı rayonu 40-cı məhəllə ünvanında 533 saylı və Səbail rayonu Badamdar qəsəbəsi Gənclər küçəsi 3 ünvanında 504 saylı qazanxanaların tam olaraq sökülməsi, layihəyə uyğun olaraq yeni binaların tikilməsi və ən müasir avadanlıqlar quraşdırılmaqla modernləşdiriməsi işləri icra edilmişdir.

Modernləşdirilən qazanxanaların quraşdırılan  ümumi gücü 20,6 MVt (17,75 Qkal.saaat) təşkil edir və 53 yaşayış binası, 4 məktəb, 5 uşaq bağçası, 2 səhiyyə obyekti və 24 digər istehlakçıların yüksək keyfiyyətdə istiliklə təmin edilməsinə imkan verəcəkdir.